İstanbulda dəhşətli qətl hadisəsi baş verib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin restoranlarından birində qeydə alınıb.
Məlumata əsasən, 19 yaşlı Mustafa Can Gül 58 yaşlı respublika prokuroru Ercan Kayhana bıçaqla hücum edib. O, prokurora boğazından xəsarət yetirərək qətlə yetirib.
İlkin versiyalara görə, hadisəyə tərəflər arasında əvvəlcədən mövcud olan ədavət səbəb olub.
Cinayəti törədən gənc polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Hüseyn
Milli.Az