İqtisadiyyat

Vəzifəli şəxs 1000 manat cərimələndi

4 Sentyabr 2025 11:43
Baxış: 453
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Mərkəzi Bankı (AMB) "PulPal" MMC-nin vəzifəli şəxsini 1000 manat cərimə edib.

Milli.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, Mərkəzi Bank tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində "PulPal" MMC-də aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq "PulPal" MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1 000 (bir min) manat məbləğində cərimə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.