Türkiyə

Əkrəm İmamoğlu xəstəxanaya yerləşdirilib

25 İyul 2025 14:46
Baxış: 756
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbul Böyükşəhər Bələdiyyə sədri və Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu belindəki ağrılar səbəbilə xəstəxanaya aparılıb.

Milli.Az xəbər verir ki, 2025-ci il martın 23-də saxlanılan və Silivridəki həbsxanada saxlanılan İmamoğlunun səhhətində yaranan narahatlıqla əlaqədar bu gün səhər saatlarında tibb müəssisəsinə çatdırıldığı bildirilib. Həkimlərin müayinəsindən sonra o, yenidən Silivri cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Hazırda onun səhhəti ilə bağlı əlavə məlumat verilməyib. Məsələ ilə bağlı CHP nümayəndələri və İmamoğlunun hüquq komandasının yaxın saatlarda açıqlama yayacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.