Türkiyənin Yozgat vilayətinin Yenifakılı rayonunun bələdiyyə başçısı Musa Sarıaslan yol qəzasında dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, hadisə Nevşehirin Kozaklı rayonuna bağlı Merdanalı kəndi yaxınlığında baş verib.
İlkin məlumatlara görə, Musa Sarıaslanı daşıyan 66 DN 100 dövlət nömrə nişanlı rəsmi avtomobil Yenifakılı yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil sahəyə aşıb.
Qəzanın şahidlərinin məlumat verməsi ilə hadisə yerinə polis, jandarma və təcili tibbi yardım qrupları cəlb olunub. Tibbi heyətin apardığı müayinə nəticəsində Musa Sarıaslanın hadisə yerində vəfat etdiyi təsdiqlənib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fidan
Milli.Az