Xəbər verdiyimiz kimi, Əskişəhərin Seyitqazi rayonunda meşə yanğınında 5 meşə işçisi və 5 AFAD könüllüsü həyatını itirib.
Milli.Az xəbər verir ki, şəhidlər arasında iyulun 14-də toy edən Tolunay Kocaman da olub. Yanğınsöndürmə işləri əsnasında alovlar içində qalan 10 nəfərdən ikisinin Dənizlidən olduğu bildirilib. Hilmi Şahin və Sercan Utninin ölümünün acı xəbəri ailələri ilə paylaşılıb.
Yanğında həyatını itirən Tolunay Kocamanın iyulun 14-də evləndiyi öyrənilib. Seyitqazinin Kümbet məhəlləsindən olan Kocaman böyük kədərə səbəb olub.
Məlumata görə, şəhidlərdən ikisi Dənizli Əskərə Meşə Müdirliyindən yanğın bölgəsinə sövq edilən komandanın şəxsi heyətidir. Yanğınla mübarizə zamanı şəhid olan Hilmi Şahin və Sercan Utninin acı xəbəri ailələrinə çatdırılıb.
Qeyd edək ki, Beyağaçdan olan iki meşə təsərrüfatı işçisi ağır xəsarətlərlə yanğından xilas edilib.
Milli.Az