Türkiyə

Türkiyədə azərbaycanlı qadını qətlə yetirən şəxsə hökm oxundu

16 May 2025 12:21
Baxış: 1 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə azərbaycanlı qadını qətlə yetirən şəxsə hökm oxunub.

Milli.Az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, hadisə 2024-cü ilin noyabrında Türkiyənin Sakarya şəhərinin Adapazarı qəsəbəsində küçədə baş verib. A.A. adlı şəxs, sevgilisi olan, marketdə çalışan və bir övlad anası olan 32 yaşlı Şəlalə Mirzəlini odlu silahla atəş açaraq qətlə yetirib.

Sakarya Ağır Cəza Məhkəməsində keçirilən məhkəmə prosesində prokuror A.A.-nın "qəsdən adam öldürmə" və "qanunsuz silahdan istifadə" maddələri üzrə ömürlük həbs cəzasına məhkum edilməsini tələb edib. Hadisə qurbanının bacısı Ş.S. da məhkəmədə çıxış edib. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs isə törətdiyi əmələ görə peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə A.A. ömürlük həbs cəzasına məhkum olunub.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.