Beykoz Bələdiyyə sədrinin müavini Fidan Gül barəsində tenderdə saxtakarlıq iddiaları ilə bağlı həbs qərarı verilib.
Milli.Az xəbər verir ki, qərar Beykoz Respublika Baş Prokurorluğunun istintaqı nəticəsində çıxarılıb. Hazırda Gülün yaşadığı evdə və bələdiyyədəki ofisində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılır.
Həbs qərarı vəzifəsindən uzaqlaşdırılmış Beykoz Bələdiyyə Başçısı Alaattin Köseler haqqında açılmış istintaq işi çərçivəsində verilib. Köselerin də eyni dosye daxilində həbs və axtarış qərarı ilə istintaqa cəlb edildiyi bildirilir.
Məlumatlara görə, Fidan Gül haqqında Böyükçekmece Ədliyyəsində tenderdə saxtakarlıq cinayəti ilə bağlı məhkəmə prosesi davam etdiyi bir dövrdə, o, Beykoz Bələdiyyəsində yüksəlməyə davam edib. Gül 2024-cü ilin oktyabrında sosial yardım işləri müdiri vəzifəsinə gətirildikdən sonra, həmin ilin mayında Alaattin Köseler tərəfindən bələdiyyə sədrinin müavini vəzifəsinə təyin olunub.
Fidan
Milli.Az