Türkiyə

Türkiyədə anbarda güclü partlayış : İnsanlar təxliyə olunur - VİDEO

11 Aprel 2025 15:10
Baxış: 1 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulun Başakşehir rayonundakı İkitelli Mütəşəkkil Sənaye Bölgəsində yerləşən Milas küçəsində bu gün səhər saatlarında dəhşətli yanğın baş verib.

Milli.Az türk mediaslna istinadla xəbər verir ki, kimyəvi maddələrin saxlandığı anbarda naməlum səbəbdən başlayan yanğın bir neçə partlayışa səbəb olub. Alovlar ətrafdakı avtomobillərə də yayılıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqadalar cəlb olunub.

Müdaxilə zamanı ətraf yollar bağlanıb. Yanğınsöndürənlərin vaxtında və gərgin səyi nəticəsində alov nəzarət altına alınıb. Lakin kimya anbarı tamamilə yararsız hala düşüb, bir neçə avtomobil isə alovda yanaraq külə dönüb.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.