İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün 3 iş üzrə mühakimə olunacaq.
Milli.Az türk mətbuatına istinadla xəbər verir ki, Ekrem İmamoğlu İstanbul Baş prokuroru Akın Gürlək haqqında söylədiyi fikirlərə görə bu gün Silivridə "terrorla mübarizədə çalışan insanları hədələmək və hədəfə almaq" ittihamı ilə mühakimə olunacaq. Bu halda İmamoğlunun 7 il 4 aya qədər həbs cəzası, səsvermə və seçilmək hüququndan məhrum edilməsi, dövlət vəzifəsində işləməsinə qadağa qoyulması istənilir.
Digər tərəfdən, Daxili İşlər Nazirliyinin 2023-cü ildə başlatdığı araşdırma nəticəsində İmamoğluna qarşı "tenderi saxtalaşdırmaq" ittihamı ilə iddia açılıb. İmamoğlunun Beylikdüzü Bələdiyyə Başçısı olması ilə bağlı olan bu tenderə də bu gün baxılacaq. Büyükçekmece 10-cu Asliye Cəza Məhkəməsində davam edən işdə İmamoğlunun 3 ildən 7 ilə qədər həbsi və siyasi fəaliyyətinə qadağa qoyulması istənilir.
Bu gün baxılacaq başqa bir iş isə CHP İstanbul İl Baş Qərargahında qeydə alındığı iddia edilən "pul sayma" görüntüləri ilə bağlı olacaq. Martın 31-də keçiriləcək yerli seçkilər ərəfəsində ortaya çıxan görüntülər nəticəsində İmamoğlunun komanda yoldaşları da daxil olmaqla 22 nəfər "qanunsuz ianə toplamaq" ittihamı ilə mühakimə olunur.
Fidan
Milli.Az