Türkiyə

Uşaqları üçün alanlar dərhal atsın: Nazirlikdən qadağa

19 Mart 2025 21:52
Baxış: 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə Ticarət Nazirliyi insan sağlamlığına təhlükə yaradan məhsullara qarşı mübarizə elan edib.

Milli.Az xəbər verir ki, yoxlamalar nəticəsində riskli hesab edilən məhsulların bazara çıxarılması qadağan olunub.

Nazirlik Təhlükəsiz Məhsul Məlumat Sistemi (GÜBİS) vasitəsilə ictimaiyyət üçün sağlamlıq riski yaradan yeni məhsulu açıqlayıb.

Nazirlik yoxlamalardan sonra bir uşaq məhsulunun istifadəsinin sağlamlığa zərərli olduğunu müəyyən edib. Sözügedən məhsulun qadağan edilməsinə qərar verilərkən, onun bazardan çıxarılmasına da qərar verilib.

Verilən açıqlamada, suda böyüyən oyuncağın sağlamlıq riski yaratdığı üçün bazardan çıxarılmasına qərar verildiyi qeyd edilib. (Sonxeber.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.