Türkiyə

Ərdoğan Asiya turuna çıxır

9 Fevral 2025 00:19
Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10-13 fevral tarixlərində Malayziya, İndoneziya və Pakistana rəsmi səfər edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin Kommunikasiya məsələləri üzrə direktoru Fahrettin Altun sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Ərdoğan dəvətlərə cavab olaraq rəsmi səfərlər edəcək.

F.Altun qeyd edib ki, görüşlər çərçivəsində adıçəkilən ölkələrlə ikitərəfli əlaqələr bütün aspektləri ilə nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın konkret layihələrlə daha da inkişaf etdirilməsi üçün birgə addımlar atılacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.