Çukurova Holdinqin sahibi, Turkcell və Yapı Kredi Bankası kimi nəhəng şirkətlərin qurucusu Mehmet Emin Karamehmet avtomobil qəzası keçirib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, hadisə Etilerdə baş verib. Belə ki, Türkiyənin tanınmış iş adamlarından biri olan Karamehmet idarə etdiyi avtomobillə yolda bankomata çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəysə də, onun səhhətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, Mehmet Emin Karamehmet 2010-cu ildə 4 milyard dollarlıq sərvəti ilə "Forbes" jurnalının "Dünyanın Ən Zəngin İnsanları" siyahısına daxil olub və həmin dövrdə Türkiyənin ən varlı iş adamı hesab edilirdi.
O, Turkcell, Yapı Kredi Bankası, Digiturk, Show TV, BMC, Pamukbank və daha bir çox şirkətin qurucusu kimi tanınır.
Fidan
Milli.Az