İdman

"Kəpəz" "Sabah"ı əliboş yola saldı

31 Yanvar 2025 19:05
Baxış: 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kəpəz" Misli Premyer Liqasının XXI turunda "Sabah"a qalib gəlib.

Milli.Az bildirir ki, meydan sahibləri Tovuz şəhər stadionunda baş tutan turun açılış matçında rəqibini 3:2 hesabı ilə məğlub edib.

Gəncə təmsilçisinin heyətində Mahamadu Ba (11), Əli Səmədov (54) və Rauf Hüseynli (64-p.) fərqlənib. Bakı klubunun qollarını isə Pavol Safranko (6-p.) və Cesse Sekidika (45+3) vurub. Qonaqların futbolçusu İqor Noqeyro 63-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

"Sabah" turnir cədvəlində 28 xalla 5-ci, Gəncə təmsilçisi 17 xalla 9-cu pillədə qərarlaşıb.

Saat 18:30-da isə "Neftçi" doğma meydanda "Şamaxı"nı sınağa çəkəcək. "Ağ-qaralar" 18 xalla yeddinci, qonaqlar 17 xalla səkkizincidir.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq. /Report.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.