Ölkə

786 litr meyvə şirəsi məhv edildi - FOTO

31 Yanvar 2025 19:26
Baxış: 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya və İrandan idxal olunan bir sıra istehlaka yararsız məhsullar məhv edilib.

Bu barədə Milli.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində "Rəvan Commers" MMC-nin Rusiyadan idxal etdiyi "Multon Partners" müəssisəsinin istehsalı olan meyvə şirəsi, "Müstəqil Seymur" şirkətinin İrandan idxal etdiyi "Bazargani Mobin Artin Nikan" müəssisəsinin istehsalı olan ərik qurusundan Agentliyin müfəttişləri nümunələr götürüb.

Müayinələr nəticəsində məhsul partiyalarının normativ tələblərə cavab vermədiyi müəyyən olunub.

Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız 786 litr meyvə şirəsi, 1500 kq ərik qurusu məhv edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.