Şou-biznes

"Onlardan zəhləm gedir" - FOTO

31 Yanvar 2025 18:27
Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Aytən Səfərova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, Türkiyədə müzakirələrə səbəb olan iki fərqli xəbər buraxılışından söz açaraq bəzi müxbir və aparıcıları tənqid edib:

"Zəhləm gedir aktyorluq edən müxbirlərdən və efirdə xəbərləri rola girərək çatdıran "ağıllı" aparıcılardan. Xəbər deyilmir, çatdırılır. Belələrinin savadsız olması da  göz qabağındadır. Savadlı aparıcı xəbər çatdıranda aktyorluq etmir".

Qeyd edək ki, sözügedən görüntülərdə Türkiyənin "A Haber" və "TRT Haber" kanallarının müxbirləri eyni ərazidən çəkiliş etsələr də xəbərlərin fərqli şəkildə təqdim edilməsi müzakirələrə səbəb olub. Belə ki, Suriyada atışma bölgəsində olduğunu deyən və başında kask olan "A Haber"in müxbiri eyni zamanda canlı yayım açan "TRT Haber"in ekranına düşüb. Məlum olub ki, çəkilişlər Türkiyənin Suriya sərhəddində lentə alınıb və heç bir atışma olmayıb.  /Axşam.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.