Ölkə

Sərnişinlərə şad xəbər: Bu marşrutun avtobusları YENİLƏNİR - FOTO

31 Yanvar 2025 18:17
Baxış: 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Keşlə qəsəbəsi, "Gənclik" metrostansiyası və Azərbaycan Tibb Universiteti ilə əlaqələndirən 38 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Milli.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, fevralın 1-dən sərnişinlərin xidmətinə veriləcək 15 ədəd yeni "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

"Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir",- deyə məlumatda qeyd edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.