Şou-biznes

Yeşilçamın ulduzu ağır xəstəliyə tutuldu - FOTO

31 Yanvar 2025 16:24
Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeşilçam kinematoqrafiyasının tanınmış simalarından biri olan Sevtap Parmanın Alzheimer xəstəsi olduğu məlum olub. 

Milli.Az türk mediasına istinadla xəbər verir ki, 80-ci illərdə bir çox məşhur aktyorla kamera qarşısına keçən Parman anasının ölümündən sonra yaşadığı psixoloji sarsıntılar səbəbindən bu xəstəliyə tutulub. Sevtap Parman Hakan Ural, İbrahim Tatlısəs, Kadir İnanır, Yalçın Dümer, Tarık Akan və Cüneyt Arkın kimi Yeşilçamın əfsanəvi adları ilə bir çox filmdə rol alıb. Lakin 2011-ci ildə aktyorluq karyerasını tərk edərək ticarət sahəsinə yönəlib.

Habertürk jurnalisti Mehmet Çalışkanın verdiyi məlumata görə, Sevtap Parman bacısı tərəfindən qocalar evinə yerləşdirilib. Həkimlər ona Alzheimer diaqnozu qoyublar.

Bu xəbər Yeşilçam sevərlərini dərindən kədərləndirib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.