Rusiya

Erməni jurnalistin bu sualı Zaxarovanı özündən çıxardı

31 Yanvar 2025 16:40
Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Rusiya-Azərbaycan münasibətləri barədə sualına emosional reaksiya verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, erməni jurnalistin sualını cavablandıran rusiyalı diplomat deyib: "Siz doğrudanmı başa düşmürsünüz ki, bizim ikitərəfli gündəliyimiz barədə sual erməni mediası nümayəndəsinin dilindən necə gülməli səslənir?"

Zaxarovanın sözlərinə görə, bu sual Rusiya-Azərbaycan münasibətlərinin ikitərəfli əsaslarda inkişaf etməsi və Bakı ilə İrəvan arasında münaqişənin həlli məsələsinə aidiyyətı olmaması kontekstində "absurd" səslənir.

XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müstəsna olaraq iki dövlət arasında həll olunur və onları üçüncü tərəfin maraqları ilə əlaqələndirmək cəhdləri yersiz görünür. O, Ermənistan media nümayəndələrinin Rusiya-Ermənistan gündəminin əsas aspektlərinə məhəl qoymadan sırf üçüncü ölkələrin ikitərəfli münasibətləri ilə bağlı suallar verməsindən təəccübləndiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.