Ermənistan

“Bakıya konkret təkliflər vermişik, buna hazırıq"

31 Yanvar 2025 17:32
Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ermənistan regionda kommunikasiyaların açılması prosesi çərçivəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında Ermənistanın Mehri şəhəri vasitəsilə yük daşımaları üçün dəmir yolu əlaqəsi qurmağı təklif edib".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

"Biz yükdaşımalardan başlayacağıq, atmosfer daha münasib olduqda sərnişindaşımaları barədə də düşünəcəyik. Biz bu təklifi etmişik və müsbət cavab gözləyirik", - deyə o bildirib.

O əlavə edib ki, təklifin niyə rədd edilməli olduğunu təsəvvür etmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.