Türkiyə

Küçələrdən dəmir yığanın oğlunu oğurlayıb, 12 milyon istədilər - FOTO

18 Dekabr 2024 15:32
Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə özlərini polis kimi təqdim edən naməlum şəxslər köhnə dəmir alveri ilə məşğul olan Sinan Ünalı zorla avtomobilə mindirərək qaçırıblar.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Avcılar bölgəsində baş verib. Şübhəlilər Rəcəb Ünalın iş yerinə gələrək təhlükəsizlik kameralarına baxmaq bəhanəsi ilə onunla söhbət edib. Daha sonra oğlu Sinan Ünal zorla avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

Az sonra Rəcəb Ünal telefon zəngi alıb. Şübhəlilər oğlunun azad edilməsi üçün 12 milyon TL fidyə tələb ediblər. Ünal vəziyyəti dərhal polisə xəbər verib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Təhlükəsizlik kameraları şübhəlilərin avtomobilə girib-çıxdığı anları qeydə alıb.

Sorğu-sual zamanı Rəcəb Ünal  "Mənə dedilər ki, polisə getmə, əks halda oğlunun evinə basqın edəcəyik. Hətta həyatımla bağlı da hədə-qorxu gəldilər. Zənglər davam edir" sözlərini deyib.

Hadisə ilə bağlı istintaq davam edir və şübhəlilərin kimliyi müəyyənləşdirilməyə çalışılır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.