Türkiyə

Türkiyədə məhkəmə zalında silahlı hücum - Ölənlər və yaralananlar var

13 Dekabr 2024 12:51
Baxış: 1 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə Bursa məhkəməsində bu gün səhər saat 11:00 radələrində silahlı hücum baş verib.

Milli.Az dha-ya istinadən xəbər verir ki, hadisə Bursa 6-cı Ağır Cəza Məhkəməsində keçirilən iclas zamanı meydana gəlib. İlkin məlumata görə, şikayətçinin atasının iki şübhəliyə atəş açdığı bildirilir.

Məhkəmə salonunda böyük çaxnaşma yaşanıb və  jandarma və polis qrupları müdaxilə edib. Təhlükəsizlik tədbirləri nəticəsində ədliyyə binasına çoxlu təcili yardım və gücləndirilmiş polis qrupları göndərilib, binanın içi boşaldılıb.

Hücum nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.