Borc əvəzinə qəbirstanlıqda yer verdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə qeyri-adi olay yaşanıb.
Milli.Az xəbər verir ki, Eyüpsultan bələdiyyəsinin borca qarşı tarixi qəbiristanlıqdan yer təklifi müzakirələrə yol açıb.
Eyüpsultan Bələdiyyəsinin mətbəə işinə baxan Yılmaz Kurt adlı sahibkara 4 milyon liraya yaxın borcunu ödəməməsi mübahisə yaradıb. Qanuni yollarla borcunu tələb edən Kurt bələdiyyənin borca qarşılıq ona tarixi qəbiristanlıq ərazisini təklif etməsinə etiraz edib.
Kurtun sözlərinə görə 2023-cü il dekabrın 29-da mətbəə işləri tamamlanaraq bələdiyyəyə təhvil verilib, lakin ödənişlər edilməyib. Bu səbəbdən Kurt hüquqi prosesə başlayaraq bələdiyyədən borcunu tələb edib. Cavab olaraq ona Eyüpsultanın Ağaçlık məhəlləsində yer təklif edildiyi bildirilib. Lakin Kurtun araşdırmaları nəticəsində məlum olub ki, bu ərazi tarixi qəbiristanlıqdır.
Məsələ ilə bağlı açıqlama verən Yılmaz Kurt deyib: "Eyüpsultan Bələdiyyəsinə işimi təhvil verdim, lakin ödəniş edilmədi. Vəkil vasitəsilə tələb etdim, nəticədə bu qəbiristanlığı göstərdilər. Mən indi bu qəbiristanlıqla nə edəcəyəm? Burada tarixi qəbirlər var. Bələdiyyə mənə bu ərazini satıb pulumu əldə edə biləcəyimi dedi. Amma belə bir yerin satışı necə mümkün olacaq?"
Qəbiristanlıq ərazisinin icra yolu ilə satışa çıxarılacağını bildirən Kurt bu qərarın həm hüquqi, həm də mənəvi problemlər yaradacağını vurğulayıb. O, əlavə edib: "Qəbirləri köçürtmək hüquqi və ictimai baxımdan böyük çətinliklər yarada bilər. Üstəlik, belə satışa cəmiyyətin reaksiyası da mənfi olacaq. Bu məsələ ilə bağlı bələdiyyə aydın bir cavab verməlidir."
İsmayıl
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə ordusu şəhid verdi
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Var Mısın Yok Musun”da Zeynəbin gülüşü diqqət çəkdi - (Video)
-
TFF-dən "Fənərbağça" və "Qalatasaray"ın futbolçusuna ağır cəza
-
Oğlunun Salahla meydana çıxması üçün 100 milyon ödədiyi deyilən iş adamı təhdid olundu
XƏBƏR LENTİ
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Fazil Əliyev vəfat etdi
-
Zelenski Türkiyədə səfərdədir
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Türkiyədə zəlzələ oldu
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz





