Türkiyə

Türkiyə ordusundan PKK-ya zərbə: 34 hədəf məhv edildi

25 Oktyabr 2024 11:40
Baxış: 866
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə ordusu hava əməliyyatında 34 terrorçu  zərərsizləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada, özünümüdafiə hüququna uyğun olaraq, PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi yolu ilə sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə İraqın şimalındakı terror hədəflərinə 24 oktyabr saat 23.30-da hava əməliyyatı keçirildiyi ifadə edilib.

Əməliyyat nəticəsində terror təşkilatının istifadə etdiyi obyektlərdən ibarət 34 hədəf məhv edilib.

Xatırladaq ki, 23 oktyabrda Ankarada TUSAŞ-ın istehsal zavoduna terror hücumu olub. Hadisə nəticəsində 5 nəfər həlak olub, 22-si yaralanıb. Terrorla bağlı Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün getdiyi Rusiyanın Kazan şəhərindən İstanbula geri dönüb.

Nərmin Mahmudova
​Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.