Türkiyə

Ərdoğan Putinə xüsusi ad günü hədiyyəsi göndərib – Dəyəri nə qədərdir?

8 Oktyabr 2024 14:29
Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə ad günü münasibətilə xüsusi hədiyyə göndərib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidentinin xarici məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

"Türkiyə prezidenti dünənki danışığından əvvəl xüsusi olaraq hədiyyə göndərib", - Uşakov bildirib.

Uşakov bunun yaxşı türk hədiyyəsi olduğunu deyib.

Hədiyyənin dövlət qulluqçuları üçün icazə verilən üç min rubl daxilində olub-olmaması sualına cavab verən Uşakov onun bir az bahalı olduğunu qeyd edib.

Uşakov Putinin başqa hədiyyələr də aldığını bildirib.

Qeyd edək ki, 7 oktyabrda Putinin 72 yaşı tamam olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.