Türkiyə

Bursada dəhşətli yanğın oldu

15 Sentyabr 2024 09:02
Baxış: 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bursanın İnegöl rayonundakı Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən tullantıların təmizlənməsi zavodunda naməlum səbəbdən yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, alov sürətlə böyüsə də, hadisə yerinə gələn ekipajlar 1 saat ərzində yanğını söndürüblər.

Yanğın yerli vaxt ilə saat 21:30 radələrində Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən tullantıların təmizlənməsi zavodunda baş verib. Poliqonda naməlum səbəbdən baş verən yanğın qısa zamanda böyüyüb.

Alov səmaya qalxarkən hadisə yerinə çoxlu sayda yanğınsöndürən və polis göndərilib. Ekipajın 1 saatlıq gərgin səyindən sonra yanğın söndürülüb. Yanğının başvermə səbəbləri araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.