Dünya

Çimərliyin tualetində qadınları vieoya çəkənlər tutuldu

5 İyul 2024 19:38
Baxış: 1 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Herzliya çimərliyində qadın tualetlərinə müşahidə kameraları quraşdırmaqda şübhəli bilinən 22 yaşlı iki kişi həbs edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, şübhəlilər əldə edilən videomaterialları pornoqrafik saytlara satmaq məqsədi ilə qadın tualetlərinə videokameralar quraşdırıblar.

Məlumata görə, bu həftə ərzində onlarla qadın bu barədə polisə müraciət edib. Hadisə yerinə gələn polislər tualetlərdə quraşdırılmış gizli kameraları aşkar edərək götürüblər. Daha sonra bu kameraları quraşdırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

İstintaq çərçivəsində hüquq-mühafizə orqanları şübhəlilərdən mobil telefonlar, kompüterlər və videogörüntülər də müsadirə edib. İstintaq davam edir. Təl-Əviv məhkəməsi şübhəlilərin həbs müddətini iyulun 4-ə qədər uzadıb.

Hadisəyə cavab olaraq, Herzliya bələdiyyəsi ziyarətçilərin şəxsi həyatını təmin etmək üçün çimərliklər boyu bütün paltardəyişmə otaqlarına və ictimai tualetlərə hərtərəfli yoxlama elan edib. Çimərlik patrulların da gücləndiriləcəyini bildiriblər. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.