Türkiyə

SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli bilinən 13 nəfər saxlanıldı - VİDEO

3 İyun 2024 14:58
Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, "Fələstin Üçün Min Gənc" təşkilatının 13 üzvü bu gün səhər saatlarında tutulub.

Saxlanılan şəxslərin izahatlarının alınacağı, sabah isə ədliyyə orqanlarına təslim ediləcəyi bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə SOCAR-ın İstanbulda yerləşən ofisinə hücum edilib. Buna səbəb kimi, "SOCAR-ın İsrailə neft satdığı" bəhanə edilib.

"SOCAR Türkiyə" isə bu gün məlumat yayaraq İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib. Şirkət yaydığı açıqlamada bununla əlaqədar ittihamları əsassız adlandırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.