Türkiyə

İstanbulda yaşayış binasının ÇÖKMƏ ANI - YENİLƏNİB - VİDEO - FOTO

2 İyun 2024 12:24
Baxış: 2 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından 7 nəfər yaralı olaraq çıxarılıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  bunu İstanbul valisi Davut Gül deyib.

Məlumata görə, yaralıların 2-nin vəziyyəti ağırdır.

Daha iki nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. 1988-ci ildə inşa edilən binanın çökmə səbəbləri hələ məlum deyil.

İstanbulda çökən üçmərtəbəli yaşayış binası ilə bağlı yeni görüntü yayılıb.

Həmin görüntünü təqdim edirik:

--------

10:23

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində dördmərtəbəli yaşayış binası çöküb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə "TRT haber" məlumat yayıb.

Bildirilib ki, hadisə naməlum səbəbdən baş verib.

Əraziyə çoxlu sayda yanğınsöndürən və tibbi yardım briqadaları göndərilib. Məlumata görə, dağıntılar altında qalan insanlar var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.