Türkiyə

Türkiyədə dəhşətli qəza - bir ailənin 6 üzvü öldü

26 Mart 2024 16:58
Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Hatay şəhərində iki avtomobilin toqquşması nəticəsində eyni ailənin 6 üzvü ölüb, 1 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Dörtyol-Payas yolunda Şükrü K.-nin idarə etdiyi yük maşını qarşı zolağa çıxaraq Mehmet Sönməzin idarə etdiyi avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü Mehmet Sönməz, həyat yoldaşı Zeynəb Sönməz, uşaqları Eray və Ecrin Sönməz, 64 yaşlı qayınatası Zeki Kara və 62 yaşlı qayınanası Döndü Kara ölüb.

Sürücünün digər övladı Melek Su Sönməz (8) isə yaralanıb. Yaralı uşaq təcili yardımla Dörtyol Dövlət Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.