Türkiyə

Türkiyənin Çinə polad məhsulları ixracının həcmi açıqlandı

7 Mart 2024 15:35
Baxış: 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Çinə polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 faiz azalaraq, 4,3 milyon dollara bərabər olub.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin fevral ayında Türkiyə Çinə 1,4 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 62,9 faiz azdır" - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq, 2,5 milyon dollara bərabər olub.

"Bu ilin fevral ayında Türkiyə 1,4 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 31,2 faiz çoxdur" - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 15,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.