Türkiyə

Türkiyə Azərbaycana xalça ixracını azaldı

21 Fevral 2024 12:33
Baxış: 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə 2024-cü ilin yanvar ayında Azərbaycana xalça ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz azaldaraq 575,8 min dollara çatdırıb.

Milli.Az-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 2,8 milyon dollar məbləğində xalça ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına xalça ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,6 faiz artaraq, 239,5 min dollara bərabər olub.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 2,8 milyon dollara bərabər olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory