Türkiyə

Antalya çimərliklərində nə baş verir? - Tapılan cəsədlərin sayı 8-ə çatdı - DƏHŞƏT

22 Yanvar 2024 16:29
Baxış: 1 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə, Antalyanın Serik rayonunda otelin çimərliyində 2 meyit tapılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, beləliklə son 6 gündə Antalya çimərliklərində tapılan cəsədlərin sayı 8-ə yüksəlib.

Məlumata görə, səhər saatlarında Serik rayonunun Kadriye bölgəsində yerləşən otellərdən birinin çimərliyində 2 meyit tapılıb. Otel işçilərinin xəbəri üzərinə hadisə yerinə polis qrupları sövq edilib.

Polis qrupları apardıqları araşdırma zamanı çimərlikdə bir-birindən 500 metr aralıda cinsi və şəxsiyyəti naməlum iki cəsəd tapıblar. Cəsədlər prokurorun müayinəsindən sonra Antalya Ədliyyə Tibb Qurumuna göndərilib.

Çərşənbə günü Antalyanın Alanya və Manavqat çimərliklərində 1 uşaq və 1 böyük cəsəd tapılıbmış. Ondan bir gün əvvəl isə Manavqatda 2, Serikdə isə 1 cəsəd tapılıb. Dünən Aksu çimərliyində meyit tapılıb. Son günlər Antalya çimərliklərində sahilə çıxan cəsədlərin qeyri-qanuni mühacir qayığının batması nəticəsində ola biləcəyi düşünülür.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.