Türkiyə

Türkiyənin İrana avtomobil sənayesi məhsulları ixracı 180 milyon dollara çatdı

13 Yanvar 2024 11:17
Baxış: 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında İrana avtomobil sənayesi məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artıraraq 176,3 milyon dollara bərabər olub.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat verib.

2023-cü ilin dekabr ayında Türkiyə İrana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 47,1 faiz artıraraq 21,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 35 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2022- dekabr 2023) Türkiyə 35 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.