Türkiyə

41 yaşlı hamilə arvadını öldürdü - Məni aldadırdı - FOTO

8 Yanvar 2024 19:43
Baxış: 1 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərsində ər arvadını öldürüb evdən qaçıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bolatlı məhəlləsində baş verib.

İddiaya görə, taksi sürücüsünü bıçaqladığına görə 24 il həbs cəzası alan və 20 il həbsdən sonra azadlığa çıxan Murat Biçer aralarında fikir ayrılığı yaşadığı həyat yoldaşı Serap Biçerlə mübahisə edib.

8 ay əvvəl həbsdən çıxan Murat Biçer 7 aylıq hamilə həyat yoldaşına balta ilə hücum edib.

Arvadını öldürən Biçer 5 yaşlı nəvəsini evdən götürərək qaçıb.

Polisə gələrək təslim olan ər ifadəsində arvadının onu aldatdığını iddia edib.

5 yaşındaki nəvə dövlət tərəfindən himayə altına alınıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.