Türkiyə

İlk türkiyəli kosmonavtın uçuşu təxirə salındı

30 Dekabr 2023 12:13
Baxış: 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin sənaye və texnologiya naziri Fatih Kacır ilk yerli kosmonavtı Alper Gezer Avcının uçuşunun yanvarın 17-nə təxirə salındığını bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, bu barədə "Habertürk" telekanalının efirində məlumat verib.

"Uçuş 2024-cü il yanvarın 17-də baş tutacaq. Əvvəllər bunun yanvarın 9-na planlaşdırıldığını bildirmişdik, lakin "SpaceX"in uçuşumuzdan əvvəl planlaşdırılan buraxılışı daha gec həyata keçirəcəyinə görə, astronavtımızın yola düşmə tarixində 7-8 gün yerdəyişmə olub", - nazir bildirib.

Kacır qeyd edib ki, missiya zamanı bir sıra elmi təcrübələrin və müşahidələrin aparılması planlaşdırılır. Onun sözlərinə görə, Ankara ölkənin texnoloji inkişafında yeni mərhələnin başlanğıcı kimi bu uçuşa böyük ümidlər bəsləyir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.