Türkiyə

Dəhşətli qəza - Türk Hava Yollarının 2 pilotu öldü, 1-i yaralandı - FOTO

19 Dekabr 2023 17:52
Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə vaş verən avtomobil qəzasında 2 pilot ölüb, 1-i yaralanıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, İstanbulun Çatalca rayonunda baş verən hadisədə pilotlar eyni nəqliyyat vasitəsində olub.

Məlumata görə, Türk Hava Yollarının (THY) əməkdaşları olan Oğuzhan Dağ, Ekin Günəş və E.E., reysləri olmadığı vaxt səhər saatlarında eyni avtomobillə Çatalca istiqamətində irəliləyiblər.

Bu vaxt kapitan pilot E.E-nin idarə etdiyi avtomobil yük maşınının arxasına çırpılıb.

Dəhşətli qəzada Türkiyə Hava Yollarının kapitan pilotları Oğuzhan Dağ və Ekin Günəş hadisə yerində dünyasını dəyişib.

E.E isə xəstəxanaya çatdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.