Türkiyə

Ərdoğan xəbərdarlıq etdi: "Dünyada su mənbələri..."

11 Dekabr 2023 17:38
Baxış: 2 157
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada su mənbələri sürətlə azalır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 369 su obyektinin açılışı ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bunun müxtəlif səbəbləri var: "Əlbəttə, əhalinin artması da su qıtlığına təsir göstərir. Yağıntının miqdarında isə heç bir dəyişiklik olmur".

R.T.Ərdoğanın sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı olaraq dünyada təbii fəlakətlərin də sayı artır: "Fikir verirsinizsə, son vaxtlar yanğınların, zəlzələlərin, daşqınların sayı artıb".

Türkiyə lideri bildirib ki, dünyanın nizamı pozulur: "Əgər hərəkətə keçməsək, daha ağır nəticələrlə üzləşə bilərik. Sudan qənaətlə istifadə etmək lazımdır. Bu, seçim deyil, məcburiyyətdir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.