Türkiyə

Taxıl sazişi ilə bağlı yeni təklif paketi hazırlanıb - Hakan Fidan

31 Avqust 2023 19:08
Baxış: 894
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qara Dəniz Taxıl sazişi ilə bağlı işlərimiz davam edəcək, bu razılaşma həm dünyada ərzaq təhlükəsizliyi, həm də Qara dənizin sabitliyi və sülhü üçün son dərəcə vacibdir.

Milli.Az TurkicWorld-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla birlikdə jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, BMT tərəfindən Türkiyənin də töhfələri ilə yeni bir təklif paketi hazırlanıb.

"Düşünürük ki, bu təklif təşəbbüsün canlandırılması üçün uyğun bir əsas təşkil edir", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.