Türkiyə

Türkiyə-Gürcüstan gömrüyü bu tarixdən yenidən fəaliyyətə başlayacaq

24 Avqust 2023 14:26
Baxış: 848
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə və Gürcüstan arasındakı Türkgözü gömrük keçid məntəqəsi sentyabrın 1-də açılacaq.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyə və Gürcüstan arasındakı Türkgözü gömrük keçid məntəqəsinin modernləşdirilməsi üçün Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) tərəfindən 2021-ci ildə başlayan işlər tamamlanıb.

Gürcüstanla sərhəddə - Ərdahanın Posof rayonunda ikili giriş-çıxış gömrük binalarının, o cümlədən, restoran, satış mağazası və şəxsi heyət üçün yaşayış yerlərinin olduğu gömrük keçid məntəqəsi ən müasir texnoloji avadanlıqlarla təchiz edilib.

Gün ərzində bu gömrük keçid məntəqəsindən 500 yük maşınının keçəcəyi proqnozlaşdırılır.

Türkgözü gömrük keçid məntəqəsinin açılışında Türkiyənin ticarət naziri Ömər Bolat və TOBB sədri Rifat Hisarcıklıoğlu da iştirak edəcək.

Qeyd edək ki, Türkgözü gömrük keçid məntəqəsi 1995-ci ildə xidmətə başlayıb. Daha yaxşı xidmət göstərmək üçün isə 2021-ci ildə burada TOBB tərəfindən modernləşdirmə işlərinə başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.