Türkiyə

Türkiyə Rusiyaya sement ixracının həcmini açıqlayıb

21 Avqust 2023 16:05
Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Rusiyaya sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 faiz azaldaraq, 2,7 milyon dollara çatdırıb.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Rusiyaya sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 12,2 faiz azaldaraq, 467 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azalaraq, 2,8 milyard dollara çatıb.

Bu ilin iyul ayında Türkiyə 372,6 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 10,7 faiz azdır.

Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 5 milyard dollar məbləğində sement və şüşə ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.