Türkiyə

Türkiyənin Mərmərə adası limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb

21 Avqust 2023 14:33
Baxış: 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Balıkesir şəhərində yerləşən Mərmərə Adası limanı 642 gəmi qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin Ceyhan limanı Türkiyə bayrağı altında üzən 579, digər ölkələrin bayraqları altında üzən 63 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə limanları 5 min 606 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 628, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 978 olub.

2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 34 min 444 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında üzən gəmilər 23 min 728, Türkiyə bayrağı altında üzən gəmilər isə 10 min 716 olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.