Türkiyə

Türkiyədə iqtisadi sammit keçiriləcək

21 İyul 2023 09:56
Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dolmabahçe sarayında "Türkiyə və İstanbul İqtisadi Gündəmi" adlı toplantı keçiriləcək.

Milli.Az TurkicWorld-ə xəbər verir ki, toplantıda Müstəqil Sənayeçi və İş adamları Dərnəyi (MÜSİAD), Ticarət və Sənaye Palatası (TOBB), Beynəlxalq İnvestorlar Assosiasiyası (YASED), Türkiyə Sənayeçi və İş adamları Dərnəyi (TÜSİAD), Türkiyə Biznesmen və Sənətkarlar Konfederasiyası (TESK), İstanbul Ticarət Palatası (İTO) başda olmaqla bir çox iş adamı, QHT nümayəndələri, dərnək sədrləri və üzvləri iştirak edəcək.

Məlumata əsasən, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iş dünyasında qiymətləndirmə və təklifləri dinləyəcək.

Görüş zamanı Türkiyə Əsri hədəflərinə uyğun olaraq yeni hazırlıqlar çərçivəsində ölkənin ixracat və beynəlxalq birbaşa investisiyalarını artıracaq tematik mövzularda iş dünyası və qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.