Türkiyə

Türkiyədə lirənin ucuzlaşması davam edir

12 İyun 2023 16:16
Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə lirəsi dollar və digər valyutalar qarşısında kəskin enişi davam etdirir.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, iyunun 12-də birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 23,65 səviyyəsinə qədər yüksəlib. Avro/Türkiyə Lirəsi məzənnəsi isə 25,53 səviyyəsini test edib. Başqa sözlə, TL son bir ayda isə dollar qarşısında 17%-dən çox dəyər itirib.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 23.4314 TL, satış üzrə 23.4736 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə enişini davam etdirib. Azərbaycan Mərkəzi Bankının iyunun 12-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0720 manata (7,2 qəpik) ticarət edilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.