Türkiyə

Ayaqyolu təmizləmək üstündə düşən mübahisə ölümlə nəticələndi - VİDEO

25 May 2023 14:55
Baxış: 1 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulun Bayrampaşa rayonunda yerləşən fabriklərin birində fəhlələr arasında düşən mübahisə qətllə nəticələnib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, fəhlələr ümumi istifadədə olan tualetin təmiz saxlanılmasına görə mübahisə ediblər.

Nəticədə onlar arasında əlbəyaxa dava düşüb.

Digər iş yoldaşları dava edən tərəfləri ayırsalar da, bir müddət sonra əlində bıçaqla fabrikə qayıdan Ahmet adlı gənc bir neçə dəqiqə əvvəl dava etdiyi şəxsə bıçaq zərbələri endirib.

Bıçaq xəsarətləri alan şəxs xəstəxanada həyatını itirib.

Artıq cinayəti törədən digər fəhlə saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.