Türkiyə

Seçkilərin birinci turunun nəticəsi xalqın kimi dəstəklədiyini göstərdi - Ərdoğan

17 May 2023 18:29
Baxış: 1 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə xalqı 14 may tarixində keçirilən prezident və parlament seçkilərinin ilk turunda hansı partiya tərəfindən idarə edilməsi ilə bağlı qərarını verdi.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) qərargahında çıxışı zamanı bildirib.

"Demokratik şəkildə keçirilən seçkiləri uğurla tamamladıq. Parlament seçkilərində Cümhur İttifaqı 322 deputat və 49,5 % səslə Türkiyə Böyük Millət Məclisində (TBMM) üstünlüyü əldə etdi", - deyə Türkiyə Prezidenti vurğulayıb.

O, qeyd edib ki, millət vəkilləri 28 may tarixinə qədər AK Partinin qəti qələbə qazanması üçün gecə-gündüz çalışmalıdır.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.