Türkiyə

Martda Türkiyədə Qazaxıstan kapitalı ilə 20-dən çox şirkət qeydiyyata alınıb

28 Aprel 2023 15:08
Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ilin mart ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 21 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapıtalı artıb.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 8,2 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 4,7 milyon türk lirəsi təşkil edib"- deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin mart ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (16) qeydiyyata alınıb.

"İstanbulda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 5,4 milyon türk lirəsi təşkil edib" - deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin mart ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 11 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.