Türkiyə

Türkiyənin yerli pilotsuz dəniz aparatı ilk dəfə sınaqdan keçirilib

19 Aprel 2023 20:50
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin yerli MIR Pilotsuz Dəniz Vasitəsi (İDA) ilk dəfə sınaqdan keçirilib.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bununla bağlı Türkiyənin Müdafiə sənayesi naziri İsmayıl Dəmir öz rəsmi "Twitter" hesabında paylaşım edib.

Ölkəmizdə ilk dəfə olaraq pilotsuz sualtı dəniz vasitəsi sınaqdan keçirildi. Bununla da sualtı döyüş texnikasında yeni imkanlar və fürsətlər əldə edildi",- deyə nazir qeyd edib.

Qeyd edək ki, MIR İDA Türkiyə Müdafiə Sənayesi Rəhbərliyi ilə ASELSAN arasında imzalanan müqavilə çərçivəsində SEFINE Gəmiqayırma Zavodu ilə hazırlanan və sualtı döyüş üçün istifadə edilən dəniz vasitəsidir.

Sualtı qayıqlara qarşı döyüş missiyaları üçün nəzərdə tutulmuş MIR İDA kəşfiyyat, müşahidə, yerüstü döyüş kimi əməliyyatlarda istifadə oluna bilər. Avtonom naviqasiya qabiliyyəti və üzərindəki sonar, yüngül torpedo və DSH raketləri ilə sualtı qayıqlara hücum edə bilən MIR İDA, İHA və pilotsuz sualtı vasitələri ilə birlikdə işləyə bilir. MIR İDA ilk dəfə 2022-ci ilin iyununda dənizdə görünüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.