Türkiyə

Diyarbəkirdə 100-dən çox narkotik taciri həbs edilib

18 Aprel 2023 11:36
Baxış: 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Diyarbəkir vilayətində keçirilən 50-ci "Kökünü qurutma" əməliyyatı nəticəsində 215 şübhəlidən 133-ü həbs edilib.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, onlardan 12-i məhkəmə nəzarəti şərti ilə, 70-i ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, 21 şübhəlinin axtarışı davam edir.

Qeyd edək ki, əməliyyat aprelin 14-də Diyarbəkir, Elazığ, Mardin, Ağrı, İstanbul, Çankırı, Mersin və Malatyada 2 min 135 polis-jandarma qrupları və 20 narkotik axtarış itinin iştirakı ilə keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.