Türkiyə

Ana oğlunun qaçırıldığı maşından əl çəkmədi: Kapotundan yapışaraq kilometrlərlə yol getdi - VİDEO

4 Aprel 2023 17:11
Baxış: 1 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Düzce vilayətində ata 14 yaşlı oğlunu maşınla qaçırmağa cəhd edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həyat yoldaşından ayrılan kişi oğlu ilə görüşdükdən sonra onu maşına mindirib və uzaqlaşmaq istəyib.

Bu zaman uşağın anası keçmiş həyat yoldaşının avtomobilinin kapotundan yapışıb və oğlunu buraxmayıb. Qadın hərəkət edən maşının kapotu üzərində təxminən 40 kilometr yol qət edib.

Ananın bu təqibi polisin müdaxiləsi ilə başa çatıb.

Polis avtomobili saxlamağa nail olub. Maşın dayandığı zaman qadın yerə yıxılıb və xəsarət alıb.

Həmçinin atanın maşınla vurduğu məhəllə sakinlərindən biri də yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Ata isə nəzarətə götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.