Türkiyə

Türkiyəli meteoroloqlardan xəbərdarlıq: Zəlzələ bölgəsində leysan və güclü tufan gözlənilir

8 Mart 2023 12:51
Baxış: 1 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə güclü leysan yağışları və tufan gözlənilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, pis hava şəraiti əsasən Kahramanmaraş, Osmaniye, Hatay, Eskişehir, Zonguldak, Bartın, Malatya, Qaziantep, Kilis və Adıyaman bölgələrini əhatə edəcək.

Adı qeyd olunan bölgələrin sakinlərinə ehtiyac olmadığı təqdirdə evlərini və AFAD-ın sığınacaqlarını tərk etməmək tapşırılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.